AZ

AYNA sürücülərin cibinə necə girir? – Faktlar

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşkil etdiyi parkink xidməti artıq ciddi narazılıqlara səbəb olmağa başlayıb. Səbəb isə bu xidməti həyata keçirənlərin daha çox avtomobil sahiblərinə qarşı qanunsuzluq etməsi və pul qazanmaq üçün müxtəlif vasitələrdən istifadə etməsidir.Tribunainfo.az xəbər verir ki, dünən ictimai fəal Səid Qərib AYNA-nın parkinq xidmətini bərbad adlandırıb. O bildirib ki, məhz xidmətin bərbad təşkili nəticəsində vətəndaşların pulları sovurulur. “Saat 20.24-də SON yazıb, park etdiyim ərazini tərk etsəm də, buna baxmayaraq, hər saat parking haqqı çıxırlar. Artıq bir saatdır ərazini tərk etmişəm, növbəti saata keçir. Ay Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Allah haqqı, Binədəyəm. Maşın da həyətdədir.Bu sisteminizə dur deyin, balansımda bir az kontur var, o da bitəndən sonra nisyə dəftərinə yazarsız”.Səid Qərib qeyd edib ki, AYNA-nın rəhbəri Anar Rzayev vətəndaşların hesabına varlanmaq istəyir. “Hər gün milyonluq tenderləri elan edən Anar məllim Rzayev deyəsən bizim manatlarımız hesabına varlanmaq istəyir”.Qeyd edək ki, analoji vəziyyət jurnalist Fikrət Fəraməzoğlunun da başına gəlib. Tribunainfo.az-a danışan JAMAZ.İNFO-nun baş redaktoru bildirib ki, parkinqdə maşın saxlama müddətini bitirməsinə baxmayaraq, bir neçə dəfə onun hesabından 1 manata yaxın pul çıxıblar. “Sonuncu dəfə Əhməd Rəcəbli küçəsində maşını park etmişdim. SON yazıb, çıxdıqdan 1 saat sonra cavab gəldi ki, park ərazisini tərk edə bilərəm. Amma həmin əlavə bir saatın pulunu çıxdılar”.AYNA-nın baş ofisdə əyləşən əməkdaşları isə kifayət qədər kobud davranırlar. “Bir neçə dəfə AYNA-nın “qaynar xətti”nə zəng edib, şikayət etmişəm. Hər dəfəsində kobudcasına “kimə istəyirsiz şikayət edin” cavabını veriblər. Agentliyin bu hərəkəti qanunsuzluq, vətəndaşın cibinə girmək üzərində qurulub”.Digər jurnalist həmkarımız İradə Nurəddinqızı isə Facebook hesabında yazıb ki, o, haqsız yerə 10 manat cərimə olunub. O, qanunsuzluqla mayın 26-da üzləşib. “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Azparking sisteminizdə xəta yaranırsa, mesajla ödəmədə problem yaşanırsa, mənə niyə cərimə yazırsız? Olduğum yerdə saatlarla gözləməliyəm ki, sizin “axsaq” sisteminiz ödəməni qəbul etsin? 5 dəfə ödəniş üçün təkrar mesaj göndərmişəm! Telefonunda da qalır. Bu nə biabırçılıqdır? 70 qəpiklik parklamaya görə 10 manat niyə cərimə ödəməliyəm? Bir haldakı problem sizin sistemlikdir? Bu da təzə metoddur? Elə bil cinayət törətmişəm, filan maddənin filan bəndinə əsasən”.














Paylaş:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
26
regionxeberlericom.az

10Mənbələr