AZ

ABŞ bütün "Patriot" və "NASAMS" sistemlərini Ukraynaya göndərəcək

ABŞ hazırda ölkədə istehsal olunan bütün "Patriot" və "NASAMS" hava hücumundan müdafiə sistemlərini Ukraynaya göndərəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

"Birləşmiş Ştatlar yaxın gələcək üçün planlaşdırılan hərbi texnika təchizatının, o cümlədən "Patriot" və "NASAMS" sistemlərinin tədarükünün prioritetini dəyişdirmək, onları digər ölkələrə yox, məhz Ukraynaya göndərməklə bağlı çətin, lakin zəruri qərar qəbul edib", - Kirbi deyib.


Müəllif: Teleqraf.com
Seçilən
61
8
teleqraf.com

10Mənbələr