AZ

ABŞ istehsal olunan bütün "Patriot" və NASAMS sistemlərini Ukraynaya verəcək

ABŞ istehsal olunan bütün "Patriot" və NASAMS sistemlərini Ukraynaya verəcək

Amerika administrasiyası hazırda istehsal olunan bütün "Patriot" və NASAMS hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil vermək qərarına gəlib. AFN.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün onlayn brifinqdə bildirib.“Birləşmiş Ştatlar yaxın gələcəkdə planlaşdırılan hərbi texnikanın tədarükü prioritetini dəyişdirmək istiqamətində çətin, lakin zəruri qərar verdi. Xüsusilə "Patriot" və NASAMS-ın digər ölkələrə tədarükünü dayandırıb onları Ukraynaya göndərir” - deyə Kirbi qeyd edib."Biz bu ixrac mallarının tədarükünü yenidən prioritetləşdirəcəyik, çünki indi istehsaldan çıxan raketlər Ukraynaya göndərilir. Bu, bizə imkan verəcək ki, Ukraynanı öz ehtiyatını saxlamaq üçün lazım olan raketlərlə təmin edək. Bu, müharibənin əsas məqamıdır" - Kirbi əlavə edib.O, Amerika səlahiyyətlilərinin qəbul etdiyi qərar nəticəsində digər ölkələrə raket tədarükünün təxirə salınmalı olacağını desə də, müştərilərin silah alacağına hələ də əmin olduğunu bildirib. Qeyd edib ki, sadəcə, çatdırılma tarixləri bir qədər gecikəcək: "Əlbəttə ki, bundan təsirlənən bütün ölkələrə belə bir fövqəladə addım atacağımızı və onlar üçün mənfi nəticələri minimuma endirməkdən ötrü mümkün olan hər şeyi edəcəyimizi bildirdik".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
6
afn.az

10Mənbələr