AZ

“WhatsApp”da yeni funksiya

"WhatsApp"da standart olaraq HD keyfiyyətində media fayllarını ötürmək funksiyası əlçatan olub.

Teleqraf.com xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Mütəxəssislər bildiriblər ki, “WhatsApp” standart olaraq HD keyfiyyətində media faylları ötürmək imkanını təqdim edib. Bunun üçün proqram parametrlərində “Məlumat və yaddaş” bölməsində standart olaraq HD formatında foto və ya videoların ötürülməsini təyin etmək lazımdır.

Qeyd olunub ki, indiyədək keyfiyyəti qorumaq üçün foto və ya videolar sənəd formatında ötürülməli idi. HD keyfiyyətində foto və videoların ötürülməsi funksiyası artıq standart olaraq iOS əməliyyat sisteminə əsaslanan cihazların istifadəçiləri üçün əlçatandır


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
3
teleqraf.com

4Mənbələr