AZ

“WhatsApp”ın yenilikləri davam edir: Artıq foto və videolar..

Məşhur “WhatsApp” messencerinə yeni funksiya gəlib.

Busaat.az xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Məlumata görə, “WhatsApp” standart olaraq HD keyfiyyətində media faylları ötürmək imkanını təqdim edib.

Mütəxəssislər bildiriblər ki, proqram parametrlərində “Məlumat və yaddaş” bölməsində standart olaraq HD formatında foto və ya videoların ötürülməsini qurmaq lazımdır.

Nəzərə çatdırılıb ki, parametri yalnız bir dəfə qurmaq kifayətdir və multimedia fayllarını hər dəfə köçürəndə bu funksiya aktiv olacaq.

Materialda qeyd olunur ki, indiyədək keyfiyyəti qorumaq üçün foto və ya videolar sənəd formatında ötürülməli idi.

HD keyfiyyətində foto və videoların ötürülməsi funksiyası artıq standart olaraq iOS əməliyyat sisteminə əsaslanan cihazların istifadəçiləri üçün əlçatandır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
3
busaat.az

4Mənbələr