AZ

Növbədənkənar parlament seçkiləri keçirilməlidir - SƏBƏBLƏR

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

Azərbaycan 2024-cü ildə bir sıra əhəmiyyətli və tarixi hadisələrlə üz-üzədir. Bu hadisələrdən biri də parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi qərarıdır. Bu qərarın arxasında bir neçə mühüm arqument və səbəb durur.

... Azərbaycan Milli Məclisinə növbəti seçkilər noyabrda keçirilməli idi.

Seçkilərin zamanı tezləşdirilməli, ölkə parlamentinin yeni heyəti xalqın seçimi əsasında vaxtından əvvəl bəlirlənməlidir.

Yeni zaman, yeni şərtlər, yeni vəziyyət Milli Məclisin yeni heyətini tələb edir.

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

İclasda Milli Məclisidə partiyanı təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul olunub.

44 günlük müharibə və 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Bu tarixi hadisələrin ardından, 2024-cü ilin fevralında müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində prezident seçkiləri keçirildi. Prezident İlham Əliyev 10 yanvar 2024-cü ildə televiziya kanallarına verdiyi müsahibəsində zəfərdən sonra yeni dövrün başlandığını və bu prezident seçkilərinin bu yeni dövrün başlanğıcı olduğunu vurğuladı.

İlk dəfə bütün ölkə ərazisində keçirilmiş prezident seçkilərindən sonra Azərbaycan yeni dövrün tələblərinə uyğun olaraq parlamentini formalaşdırmaq mərhələsinə qədəm qoydu. 2024-cü ildə keçiriləcək parlament seçkiləri müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Zəngəzuru təmsil edən millət vəkillərinin seçilməsi üçün bir fürsət yaradacaq. Bu ərazilərdə keçiriləcək seçkilər regionda demokratik proseslərin inkişafına və əhalinin siyasi iştirakçılığının artırılmasına töhfə verəcək.

Vaxtından əvvəl keçiriləcək seçkilər Qarabağ və Zəngəzurda stabilliyin və inkişafa doğru atılan addımların davamlılığını təmin edəcək. Bu ərazilərdə seçkilərin uğurla keçirilməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin möhkəmlənməsinə xidmət edəcək.

Azərbaycanda parlament seçkiləri 2024-cü ilin noyabrında keçirilməli idi. Lakin həmin ayda dünyanın ən mötəbər tədbirlərindən biri sayılan COP29-un Azərbaycanda keçirilməsi nəzərə alınaraq, COP29 kimi mötəbər tədbirlə eyni vaxtda seçki kampaniyasının təşkili və səsvermənin keçirilməsi məqsədəuyğun deyil.

Seçkilərin vaxtının dəyişməsi həm COP29-un layiqli şəkildə keçirilməsinə imkan verəcək, həm də bu mötəbər tədbir zamanı ölkə parlamentinin tam fəaliyyətdə olmasını təmin edəcək. Bu qərar Azərbaycanın beynəlxalq arenada nüfuzunu daha da möhkəmləndirəcək və ölkənin qlobal miqyasda əhəmiyyətli bir tədbirə ev sahibliyi etməsi üçün zəruri şəraiti yaradacaq.

Ölkəmizin dünyada nüfuzunun daha da yüksəlməsinə və beynəlxalq ictimaiyyətin Azərbaycana etimadının daha da güclənməsinə növbəti dəfə 2023-cü ilin dekabrında şahidlik etdik. Belə ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası kimi mötəbər beynəlxalq tədbirlərin 2024-cü ilin noyabr ayında Azərbaycanda keçirilməsi barədə qərar qəbul edildi. Azərbaycanın qlobal tədbirlərə ev sahibliyi sahəsində böyük təcrübəyə malik olmasını, həmçinin, 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan edərək, iqlim dəyişmələrinə qarşı fəal mübarizə mövqeyi nümayiş etdirməsini nəzərə alaraq, COP29-un da ən yüksək səviyyədə keçiriləcəyinə və yeni uğura imza atılacağına əminik. Bu tədbirlər on minlərlə xarici qonağa Azərbaycanı yaxından tanıtmaq, ölkəmizin bütün dünyada ədalətli sülhə, bərabərliyə, haqqa və hüquqa əsaslanan münasibətləri təbliğ və təşviq edən mövqeyini çatdırmaq üçün əlverişli fürsət olacaq.

Bununla belə, BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının və digər mötəbər beynəlxalq tədbirlərin keçiriləcəyi vaxtda - 2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Konstitusiyasının 981 maddəsinin II hissəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçirilməlidir:

Azərbaycan 2024-cü ilin noyabr ayında dünyanın ən mötəbər ekoloji tədbirlərindən biri olan COP29-a ev sahibliyi edəcək. Bu tədbir iqlim dəyişiklikləri ilə mübarizə və qlobal əhəmiyyətli ekoloji problemlərin həlli üçün beynəlxalq ictimaiyyətin diqqətini çəkən bir platformadır. COP29-un uğurla keçirilməsi üçün ölkə bütün resurslarını və diqqətini bu tədbirə yönəltməlidir.

Həm seçkilərin, həm də qeyd olunan tədbirlərin yüksək səviyyədə təşkili mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, həmin dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının məqsədəmüvafiqliyi də nəzərə alınmalıdır. İndiki şəraitdə də Milli Məclisin dövlət maraqlarını üstün tutaraq parlamentin buraxılması və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü məntiqidir.

Ən azı ona görə ki, parlament seçkilərinin COP29-la eyni vaxta düşməsi seçki kampaniyasının keyfiyyətinə mənfi təsir göstərə bilər. Seçkilərin vaxtından əvvəl keçirilməsi namizədlərə daha geniş zaman çərçivəsində seçicilərlə əlaqə qurmaq və kampaniyalarını daha effektiv aparmaq imkanı verəcək. Bu da seçicilərin daha məlumatlı qərar verməsinə və demokratik prosesin keyfiyyətinin yüksəlməsinə şərait yaradacaq.

Parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi yeni parlamentin vaxtında formalaşmasını və COP29 zamanı tam fəaliyyət göstərməsini təmin edəcək. Bu da Azərbaycanın beynəlxalq arenada daha güclü və mötəbər şəkildə təmsil olunmasına şərait yaradacaq.

Azərbaycanın beynəlxalq arenada nüfuzunu artırmaq və qlobal səviyyədə mühüm tədbirlərə ev sahibliyi etmək ölkənin beynəlxalq imicini və əlaqələrini möhkəmləndirir. COP29 kimi mühüm bir tədbirin uğurla keçirilməsi,ğ Azərbaycanın beynəlxalq səviyyədə etibarını və təsir gücünü artıracaq. Seçkilərin vaxtından əvvəl keçirilməsi qərarı bu tədbirin ən yüksək səviyyədə təşkili və keçirilməsi üçün zəruri şərait yaradacaq.

Parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi qərarı Azərbaycanın qarşısında duran bir sıra strateji məqsədlərə nail olmaq üçün atılan bir addımdır. Bu qərar həm COP29-un uğurla keçirilməsinə, həm də ölkə daxilində demokratik proseslərin və parlament fəaliyyətinin davamlılığının təmin edilməsinə xidmət edir. Bu qərar Azərbaycanın beynəlxalq arenada daha güclü və nüfuzlu bir dövlət kimi çıxış etməsinə imkan verəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
2
day.az

10Mənbələr