AZ

“HƏMAS-ı yox edə biləcəyimizi düşünənlər yanılırlar“ - İsrail ordusunun sözçüsü

İsrail ordusunun sözçüsü Hagarinin HƏMAS-la bağlı etirafı rəsmi Təl-Əvivdə etirazlara səbəb olub. “Kanal 13” televiziya kanalına müsahibə verən İsrail ordusunun sözçüsü Daniel Hagari İsrailin baş naziri Benyamin Netanyahunun müdafiə etdiyi “Həması aradan qaldırmaq hədəfi”nə qarşı çıxıb."HƏMAS-ı məhv etmək fikri xalqın gözünə qum tökmək kimi bir şeydir. HƏMAS bir ideyadır, siyasi partiyadır. İnsanların qəlbində kök salıb. HƏMAS-ı yox edə biləcəyimizi düşünənlər yanılırlar" – deyə Hagari bildirib.HƏMAS-ın yerinə başqa bir şeyin inkişaf etdirilməsinin lazım olduğunu müdafiə edən ordu rəsmisinə sərt reaksiya verən baş nazir Benyamin Netanyahu isə HƏMAS-ı hərbi və inzibati cəhətdən məhv etmək lazım olduğunu və İsrail ordusunun bunu etməyə borclu olduğunu deyib.(APA)RUBRİKA.AZ





Facebook-da paylaş

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
4
rublika.az

10Mənbələr