AZ

Sosial"Global Management" “5-ci yerli şirkətlərin tanıtım sərgisi”ndə iştirak edir - FOTO

SİZİN REKLAM BURADA!055 213 76 73   BAKU.WS xəbər verir ki, şirkətin xidmətləri maliyyə və mühasibat uçotu, marketinq və satış, satınalma və təchizat zənciri, İT, hüquq, insan resursları, gömrük, keyfiyyət təminatı və keyfiyyətə nəzarət kimi sahələri əhatə edir.   "Global Management"in İdarə Heyətinin sədri Rövşən Nizamov sərginin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu tədbir yerli şirkətlərə tanınmaq, potensial müştərilərlə tanışlıq baxımından yaxşı imkanlar təklif edir: "Global Management" olaraq biz autsorsinq xidmətlərimizlə şirkətlər üçün rəqabətədavamlı biznes mühiti yaradaraq, daha çox məhsuldarlıq əldə etmələrini, eyni zamanda xərclərini optimalaşdırmalarını təklif edirik. "Global Management" hər kəsi bu sərgiyə və ən əsası stendinə dəvət edir”.   Şirkətin marketinq direktoru Laura Seyidbəyova isə deyib ki, sərgidə iştirak etməyimizdə məqsəd həm yerli şirkətləri daha yaxından tanımaq və onlarla biznes əlaqələri qurmaq, həm də onların bizneslərinə öz autsorsinq xidmətlərimiz vasitəsilə fayda verməkdir. Düşünürük ki, bu sərgi həm "Global Management" üçün, həm də digər yerli şirkətlər üçün qarşılıqlı əməkdaşlıq baxımından çox faydalıdır".   Sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş etdirmək imkanı əldə edəcək. Tədbirin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş auditoriyaya tanıtmaqla onlara yeni bazarlar açmaq və yerli şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Bu çərçivədə yerli şirkətlər innovativ məhsul və xidmətlərini sərgiləyərək potensial iş ortaqları və müştəriləri ilə təkbətək ünsiyyət qurmaq imkanı əldə edəcəklər. BAKU.WS QALEREYA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
3
far.az

10Mənbələr