AZ

Bakının restoran biznesində ən çox gəlir gətirən rayonları - SİYAHI

2024-cü ilin yanvar-mart aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,4% artaraq 317,6 milyon manat olub.

Bu barədə "Unikal"a Bakı Şəhər Statistika İdarəsindən bildirilib.

Statistika İdarəsinin məlumatına görə, cari ilin I rübündə kafe və restoranların ən yüksək dövriyyəsi Səbail rayonunda qeydə alınıb. Bu dövrdə Səbail rayonunda ictimai iaşə dövriyyəsinin dəyəri 106 milyon 486 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.8% çoxdur.

Bu siyahıda ikinci yerdə Nərimanov rayonu gəlir. Belə ki, Nərimanovda ictimai iaşə dövriyyəsinin dəyəri 41 milyon 634,8 min manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.3% çoxdur.

Üçüncü yerdə isə Yasamal rayonu dayanır. Cari ilin yanvar-mart aylarında Yasamalda ictimai iaşə dövriyyəsinin dəyəri 34 milyon 938 min manat olub ki, bu da 2023-ci ilin yanvar-mart ayları ilə müqayisədə 7.4% azdır.

Qeyd edək ki, hesabat dövründə paytaxtın dörd rayonunda ictimai iaşə dövriyyəsi azalıb, səkkiz rayonunda isə artıb.

Kafe və restoranların dövriyyələrinin ən yüksək artım faizi Nəsimi ( 51.2% artım) və Sabuncu (21.9% artım) rayonlarında, ən yüksək azalma faizi isə Xəzər ( 9.8% azalma) və Yasamal ( 7.4% azalma) rayonlarında qeydə alınıb.

Aşağıdakı cədvəldə hesabat dövründə Bakı şəhərinin rayonları üzrə ictimai iaşə dövriyyələrinin həcmi və ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb-azalma faizləri verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
50
unikal.az

10Mənbələr