AZ

“Azərbaycan özünün uğurlu enerji siyasəti ilə bütün dünyada etibarlı tərəfdaşa çevrilib”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici mediaya verdiyi müsahibələr artıq bir ənənəyə çevrilib. Ölkə Başçısı bu müsahibələrdə hər zaman Azərbaycanın dünyada artan nüfuzunu, gücünü və potensialını xarici auditoriyaya yüksək peşəkarlıqla çatdırır. Prezident İlham Əliyevin iyun ayının 21-də “Euronews” telekanalına verdiyi müsahibə Azərbaycanın enerji siyasətinin mühüm istiqamətlərini, eləcə də, ölkəmizin təşəbbüslərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki,Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə hər bir sahədə olduğu kimi enerji sahəsində də çox mühüm tarixi uğurlar qazanıb. Bu uğurlar ölkəmizi bütün dünyaya tanıdıb. Azərbaycan özünün uğurlu enerji siyasəti ilə bütün dünyada etibarlı tərəfdaşa çevrilib. Ənənəvi enerji növlərinə alternativ olaraq, ölkəmiz bərpaolunan enerji növlərinin inkişaf etdirilməsini həyata keçirir. Cənab Prezident İlham Əliyevin “Euronews” telekanalına müsahibəsində dediyi kimi “Azərbaycan yaşıl gündəliyi nümayiş etdirir. Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir”. Ölkəmiz bərpaolunan enerjiyə keçidlə əlaqədar olaraq. enerji mənbələrinin şaxələndirilməsini uğurla həyata keçirir. Ənənəvi enerji növlərinə alternativ olaraq yaşıl enerjinin inkişaf etdirilməsi sürətlə davam edir. Qeyd etmək lazımdır ki, 2020-ci ildə Səudiyyə Ərəbistanın “ACWA Power” və BƏƏ-nin “Masdar” şirkətləri ilə 240 meqavat gücündə külək və 230 meqavat gücündə günəş enerjisi üzrə pilot layihələrlə başlayan yaşıl enerji tərəfdaşlığının miqyası qısa müddətdə genişləndi. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır. Bu, Azərbaycan Prezidentinin yaşıl enerji kursuna beynəlxalq marağın, ölkəmizin yaşıl gələcəyinə olan inamın göstəricisidir. Ölkə Başçısı bu barədə müsahibəsində xüsusilə qeyd edib: “Azərbaycanın böyük tərəfdaşları var. “Masdar” ölkəmizin strateji tərəfdaşıdır. Həmçinin “ACWA Power” və BP sərmayədarlarımız sırasındadır. Azərbaycan ilə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var”.
Ölkə Başısının “Euronews” telekanalına verdiyi müsahibədə xüsusilə vurğuladığı məqamlardan biri də Azərbaycanın COP29 beynəlxalq tədbirinə ev sahibliyi etməsi ilə əlaqədar olmuşdur. Cənab Prezident qeyd edib ki, “ Ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır…” Qeyd etmək lazımdır ki, ötən illər ərzində ölkəmiz beynəlxalq və regional əhəmiyyətli çoxsaylı tədbirlərə evsahibliyi edib. Artıq ölkəmiz belə mühüm tədbirlərin təşkili və keçirilməsi ilə bağlı zəngin təcrübə toplayıb. Qeyd etmək lazımdır ki, COP29-un Bakıda keçirilməsi qərarı ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun göstəricisi olmaqla yanaşı, həm də Azərbaycanın “yaşıl enerji” siyasətinə qlobal dəstəyini ifadə edir. Azərbaycan Prezidenti tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində ölkəmiz yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə nail olub.
Millət vəkili qeyd edib ki, COP29 beynəlxalq tədbirində uğurlu nəticələrin əldə olunacağına heç bir şübhə yoxdur. Ölkəmizin sahibi olduğu geniş təcrübə və təşəbbüskarlıq bunu deməyə əsas verir. Xatırladaq ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dörd il müddətində körpü rolunu oyanamaqda böyük təcrübə qazanmışdır. Qeyd edək ki, bu illər ərzində ölkəmiz həqiqətən də, 120 ölkə arasında körpü rolunu oynamaqla, ciddi tərəqqiyə nail olmuşdur. Qarşıda ölkəmizi daha böyük uğurlar gözləyir -deyə millət vəkili Tamam Cəfərova bildirib.

Seçilən
180
50
azerforum.com

10Mənbələr