AZ

Kürdəmirdəki güllələnmə hadisəsinin DETALLARI - VİDEO

Xəbər verdiyimiz kimi, Kürdəmir rayonunun Carlı kəndində güllələnmə hadisəsi baş verib. Belə ki, kənd sakini Xalid Abdullayev gecə saat 02.00 radələrində həmkəndlisi Rüstəm Məmmədovun yaşadığı evə gedib və həyətdə tüfəngdən atəş açaraq ona xəsarətlər yetirib.
İnsidentlə bağlı Kürdəmir rayon xəstəxanasının təcili yardım bölməsinin həkimi Maqsud Eminov

Bizim.Media-ya açıqlama verib.

Onun sözlərinə görə, iyunun 20-də gecə saat 02.30 radələrində xəstəxananın təcili yardım bölməsinə Carlı kənd sakini gətirilib:

"Xəstəxanaya daxil olan zaman həmin şəxsdə sol diz oynağının odlu silahla yaralanması müşahidə olunub.

Hazırda müalicəsi stasionar şəkildə davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir".
 


Bizim.Media, Aran bürosu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
11
bizim.media

10Mənbələr