AZ

Gəncədə avtomobildə güllələnmə olub - YENİLƏNİB-1 - FOTO

İyunun 10-da, saat 15 radələrində bir nəfər şəxsin odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olub.
APA xəbər verir ki, bu barədə Gəncə şəhər prokurorluğu məlumat yayıb.
Araşdırmalarla 1994-cü il təvəllüdlü Zahid Sarıyevin aralarında yaranmış mübahisə zamanı şəhər avtovağzalının qarşısında iş yoldaşı 1998-ci il təvəllüdlü Mehrac Əsədova odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Zahid Sarıyev şübhəli şəxs qismində tutulub.

***

17.07

Gəncədə güllələnmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə günorta saatlarında şəhərin çıxışında qeydə alınıb.

Hadisənin "VAZ-2106" markalı minik maşınında baş verdiyi bildirilir.

Avtomobildə olan bir nəfər sükan arxasında olan şəxsə atəş açıb, daha sonra maşın yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində Samux rayon sakini 1998-ci il təvəllüldü Mehrac Əsədovun öldüyü bildirilir.

***

15.00

Gəncədə yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin çıxışında qeydə alınıb. Hərəkətdə olan "VAZ-2106" markalı minik maşını yoldan çıxaraq aşıb.

Qəza nəticəsində bir nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Gəncədə Gəncədə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
11
apa.az

10Mənbələr