AZ

"Putin və Kim Qərbə qarşı nüvə bloku formalaşdırıb" - "The Times"

 
"Rusiyanın sualtı qayıqlar üçün ballistik raketlər proqramının təkmilləşdirilməsində Pxenyana yardımı xüsusilə dəhşət doğurur..."
 
Putin və Kim Qərbə meydan oxuyur, ehtimal ki, bu, Pekinin ziddinə deyil, onun xeyir-duası ilə baş verib
 
Rusiya diktatoru Vladimir Putinin Pxenyana səfəri NATO və bütövlükdə Qərbə qarşı açıq düşmən olan nüvə alyansının formalaşdırılmasının həyəcanlı siqnalıdır.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.
 
Məqalə müəllifi qeyd edir ki, Şimali Koreya mərmilərinin Rusiyanın qəsbkar ordusunun Ukraynada ehtiyacları üçün tədarükü bu alyansın yaratdığı problemlərin yalnız yarısıdır. Digər yarısı KXDR-in bunun əvəzinə Rusiyadan aldıqlarıdır.
 
"Kim Çen Inın Putini yalnız qida və yanacaq vədlərinə görə belə səxavətlə alqışlaması çox az ehtimal ediləndir. Kim Çen In qabaqcıl rabitə sistemləri, nüvə sualtı qayıqlar texnologiyası, hərbi peyk texnikası və qitələrarası ballistik raketlərin qabaqcıl texnologiyasını əldə etmək istəyir", - bunu Vaşinqton Strateji və Beynəlxalq araşdırmalar Mərkəzinin analitiki Viktor Ça hesab edir.
 
Nəşr qeyd edir ki, sualtı qayıqlar üçün ballistik raketlər proqramının təkmilləşdirilməsində Pxenyaya yardım "xüsusilə dəhşət doğurur", çünki bu, Kimə zərurət olduğu təqdirdə adi və ya nüvə döyüş başlıqları ilə qəflətən ilk zərbə endirməyə imkan verəcək.
 
Bundan başqa, belə silaha malik olmaqla o, KXDD-ə yerdə hərbi imkanlarının məhv ediləcəyi təqdirdə güclü cavab zərbəsi imkanı zəmanəti qazandırır.
 
Bir çox analitiklərin Moskva ilə Pxenyan arasında yeni yaradılan alyansın Pekində qıcıq doğurduğunu iddia etdiklərinə rəğmən, məqalə müəllifi xatırladır ki, məhz Çin KXDR-in başlıca ticarət tərəfdaşı olaraq qalır, ona görə də istənilən məqamda koreyalılara cəza olaraq ərzaq və yanacaq tədarükünü dayandıra bilər, lakin bu, baş vermir.
 
"Putin və Kimin Amerikanın hegemonluğuna meydan oxuması barədə söhbətlər Amerika əsrinin bitməsi və onun yerinə yeni gücün gəlməsi barədə Pekindən gələn ismarıcla uyğunluq təşkil edir. Bu ismarıc çox incə formadadır.
 
Si Tszinpin özü başda olmaqla və Rusiyanın dəstəyi ilə yeni çox güclü blokun mövcudluğu barədə birbaşa bəyan etmək üçün həddən artıq lütfə malikdir. Lakin bu, ona heç lazım da deyil, bu həftə Pxenyanda Kim ilə Putin onun əvəzinə bunu edib", - nəşr yazıb.
 
Putinin Pxenyana səfəri - son xəbərlər
 
Xəbər verildiyi kimi, Rusiya Federasiyası ilə KXDR arasında "strateji hərbi tərəfdaşlıq" haqqında müqavilənin imzalanması mahiyyətcə qlobal qaydaların birgə dağıdılması və digər ölkələrin dinc əhalisinin kütləvi şəkildə qətllərinin təşkili barədə nümayişcəsinə beynəlxalq müqavilədir. 
 
Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bəyan edib ki, bu, KXDR-in üzərinə qoyulan beynəlxalq qərarlar, qətnamələr və məhdudiyyətlər paketinin birtərəfli və ən həyasızcasına sıfırlanmasıdır.
 
Hərbi-siyasi analitik Aleksandr Kovalenko hesab edir ki, Rusiya diktatorunu səfər zamanı mərmilərdən daha çox döyüş texnikası maraqlandırıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
50
moderator.az

10Mənbələr