AZ

"Google Chrome"da yeni funksiya

Müəllif:Ayşən İmanova/Banco.az

"Google" "Android" platformasında "Chrome" mobil brauzeri üçün yeni funksiya - "Bu səhifəni dinləyin" bölməsini təqdim edib.

Banco.az xəbər verir ki, bu seçim istifadəçilərə daxili səs sintezatoru tərəfindən oxunan veb-səhifədən mətnə qulaq asmağa imkan verir.

Funksiya vasitəsi ilə mətnlərə qulaq asma zamanı fasilə, oxu sürətini dəyişdirmək, 10 saniyə sürətlə irəli və ya geri çəkmək mümkün olacaq. İstifadəçilər həmçinin səsləndirmənin səsini və dilini seçə bilərlər. Hazırda dəstəklənən dillərə ingilis, fransız, alman, ərəb, hind və ispan dilləri daxildir.

"Bu səhifəni dinlə" seçimi tətbiqin əsas menyusunda, "Tərcümə et" bölməsinin düz altında mövcud olacaq. Bu yenilik görmə məhdudiyyəti olan və ya məzmunu oxumaq əvəzinə onu dinləməyə üstünlük verən istifadəçilər üçün brauzerin imkanlarını yaxşılaşdıracaq.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
14
banco.az

10Mənbələr