AZ

Yol polisi iki yaşlı uşağın həyatını xilas etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sumqayıtda səhhətində ciddi problem yaranan azyaşlı yol polisinin köməyi ilə təcili xəstəxanaya çatdırılıb.
"Qafqazinfo" xəbər verir ki, övladının səhhətində problem yaranan şəxs yol polislərindən kömək istəyib.
Belə ki, şəhərin Koroğlu küçəsində xidmət aparan 99-YP-162 dövlət nömrə nişanlı yol patrul xidməti avtomobilinə yaxınlaşan Ağdam rayon sakini İlham Əlizadə 2 yaşlı oğlu İmranın qıcolma keçirdiyini və təcili xəstəxanaya çatdırılmalı olduğunu bilidirib.
Polis avtomobili ilə qısa müddətdə Sumqayıt Şəhər Xəstəxanasına çatdırılan azyaşlının həyatı xilas edilib.
Həmin görüntüləri təqdim edirik:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
50
oxu.az

10Mənbələr