AZ

Vizaların verilməsində gecikmələrlə bağlı italiyalı səfirdən AÇIQLAMA

İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko vizaların verilməsində gecikmələrlə bağlı açıqlama yayıb."DogruXeber.az" xəbər verir ki, onun sözlərinə görə, bu məsələdən xəbərdardır:"Biz bu məsələdən xəbərdarıq və həm Romada, həm də burada eyni dərəcədə işləyirik. Biz daha yaxşı həll yolu axtarmaq üçün məsələnin mahiyyətini araşdırırıq”.O qeyd edib ki, Azərbaycandan İtaliyaya viza üçün müraciətlərin artmasından “sevinməmək olmaz”, çünki bu, ölkəyə marağın artmasına sübutdur:“Lakin biz həm də vizanı gözləməyə çox vaxt sərf olunmasından narazıyıq. Lakin bu, milli səviyyədə yox, Avropa İttifaqının standartlarıdır və biz heç nə edə bilmərik”, - deyə səfir bildirib.














Paylaş:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
20
regionxeberlericom.az

10Mənbələr