AZ

İtaliya səfirindən vizaların verilməsində gecikmələrlə bağlı AÇIQLAMA

İtaliya səfirliyi vizaların verilməsində gecikmələrin olmasından xəbərdardır.

Gundem.az xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko jurnalistlərin sualını şərh edərkən deyib.

“Biz bu məsələdən xəbərdarıq və bunun üzərində həm Romada, həm də burada bərabər şəkildə işləyirik. Ən yaxşı həll yolu axtarmaq üçün məsələnin mahiyyətini öyrənirik”, - diplomat jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycandan İtaliyaya viza almaq üçün müraciətlərin sayının artması sevindiricidir, çünki bu, ölkəyə artan marağın göstəricisidir.

“Lakin biz həm də vizanı gözləməyə çox vaxt sərf olunmasından narazıyıq. Lakin bu, milli səviyyədə yox, Avropa İttifaqının standartlarıdır və biz heç nə edə bilmərik”, - səfir bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
20
gundem.az

10Mənbələr