AZ

Şimali Koreya lideri Putinin hədiyyəsinin qarşılığında nə verdi?

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina dəbdəbəli hədiyyələr təqdim edib. Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri də öz növbəsində Putinə hədiyyələr hazırlayıb.

Publika.az xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Koreya liderinə Rusiya istehsalı olan "Aurus" markalı yeni avtomobil, admiral xəncəri və çay dəsti hədiyyə edilib.

Bu, Putinin Kim Çen Ina verdiyi ilk bahalı avtomobil deyil.

Hədiyyə edilən "Aurus" Kim Çen Inın kolleksiyasında ikinci olacaq. Birincisini o, fevral ayında Putindən hədiyyə olaraq alıb. Putinin mətbuat katibi Dmitri Peskov Şimali Koreya liderinin rus avtomobilini bəyəndiyini qeyd edib. Kim Çen Inın bacısı bildirib ki, bu jest iki ölkə liderləri arasında yaradılmış xüsusi dostluq əlaqələrinin bariz göstəricisidir.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib ki, Putin Şimali Koreya liderindən də “yaxşı hədiyyələr” alıb. O, təfərrüatları açıqlamayıb, lakin qeyd edib ki, hədiyyələr “prezidentimizin obrazı ilə bağlıdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
2
publika.az

10Mənbələr