AZ

Kim Çen In və Vladimir Putin Kumsusan iqamətgahında danışıqlara başlayıb

Kim Çen In və Vladimir Putin arasında danışıqlar başlayıb. Görüş Kumsuan iqamətgahında keçirilir. Bu barədə məlumatı İnterfaks yayıb.

Xatırladaq ki, Vladimir Putin Şimali Koreyaya iyunun 18-i axşam saatlarında gəlib. Kim Çen In Rusiya prezidentini Pxenyan hava limanında şəxsən qarşılayıb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, səfər nəticəsində Rusiya ilə KXDR arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalana bilər. Məlumat üçün bildirək ki, Vladimir Putin sonuncu dəfə 2000-ci ildə KXDR-ə səfər edib…

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
50
oxumeni.az

10Mənbələr