AZ

"YouTube"da çoxdan gözlənilən dəyişiklik

"YouTube" şirkəti xidmət istifadəçiləri üçün videolara qeydlər əlavə etmək funksiyası üzərində işləməyə başlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, yenilik ilkin olaraq ABŞ istifadəçiləri üçün əlçatan olacaq və ingilis dilində qeydlər etmək imkanı verəcək. Sözügedən dəyişiklik "YouTube"da kanalları aktiv olan məhdud sayda istifadəçilərə təqdim olunacaq.

Qeydlərin yaxın bir neçə ay ərzində ABŞ istifadəçiləri üçün istifadəyə veriləcəyi bildirilir.

"Ediləcək dəyişikliklər vasitəsi ilə mahnının parodiya olduğunu aydınlaşdıran, məhsulun seçilmiş versiyasının artıq mövcud olmasını bildirən və ya köhnə video sırasının cari hadisə kimi təqdim edildiyini izləyicilərə izah edən qeydlər ola bilər ", - deyə şirkətin rəsmi bloqunda qeyd olunub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
5
milli.az

10Mənbələr