AZ

Nöqsanlar aşkarlanmış dondurmalar yenə satışdadır? - AÇIQLAMA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ticarət şəbəkələrində satılan dondurmalarla bağlı monitorinqinin nəticələrinə görə, nöqsanlar aşkarlanmış dondurmaların hələ də satışda olması ictimaiyyətdə narahatlıq yaradıb.
Məsələ ilə bağlı Agentlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı hazırda proses davam etdirilir:
"AQTA-nın sözügedən məlumatında konkret istehsal tarixli məhsul partiyasından söhbət gedirdi. Həmin istehsal tarixli məhsulların satışdan geri çağırılması ilə bağlı proses gedir. Yaxın günlərdə bununla bağlı rəqəmlər də açıqlanacaq".
Xatırladaq ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ticarət şəbəkələrində satılan dondurmalarla bağlı monitorinq keçirib.
Monitorinq çərçivəsində Bakı şəhəri daxil olmaqla, respublikanın bütün regionlarında ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə ölkə ərazisində fəaliyyət göstərən dondurma emalı müəssisələri tərəfindən istehsal olunmuş məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.
Belə ki, cari dövr ərzində ümumilikdə 26 istehsalçıya məxsus 69 dondurmadan nümunə götürülüb. Sınaq nəticələrinə əsasən, 4 istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.
Uyğunsuzluq aşkarlanan dondurma məhsulları aşağıdakılardır:
Məhsulun adı
İstehsalçı
Məhsulun partiyası, istehsal və son istifadə tarixi
Aşkar edilmiş uyğunsuzluq
1
"İçərişəhər" əmtəə nişanlı vanilli plombir dondurma
"Rich S.A" MMC
30.03.2024-30.01.2025
Enterobacteriaceae bakteriyası
2
"Soyuq" əmtəə nişanlı südlü kakaolu dondurma
04.04.2024-04.02.2025
Enterobacteriaceae bakteriyası
3
"Soyuq" əmtəə nişanlı südlü çiyələkli dondurma
03.04.2024-26.01.2025
Enterobacteriaceae bakteriyası
4
"İce Dream" əmtəə nişanlı şokoladlı plombir dondurma
30.03.2024-30.01.2025
Enterobacteriaceae bakteriyası
5
"Yolka" əmtəə nişanlı qaymaqlı dondurma
30.03.2024-30.01.2025
Enterobacteriaceae bakteriyası
6
"Qoşa Qapı" əmtəə nişanlı vanilli Eskimo dondurma
"Camal LTD" MMC
02.04.2024-02.02.2025
Enterobacteriaceae bakteriyası
7
"Selena" əmtəə nişanlı Qlobus Eskimo vanilli plombir dondurma
Fiziki şəxs Yusubova Səringül
Kərəm qızı
22.04.2024-22.02.2025
Enterobacteriaceae bakteriyası
8
"Zoluşka" əmtəə nişanlı portağallı Eskimo dondurma
10.04.2024-10.02.2025
Enterobacteriaceae bakteriyası
9
"Selena" əmtəə nişanlı südlü çiyələkli dondurma
29.04.2024-28.02.2025
Enterobacteriaceae bakteriyası
10
"Naturalika" əmtəə nişanlı Eskimo dondurma
Fiziki şəxs Poladov Müzəffər Müslüm oğlu
27.04.2024-27.02.2025
Enterobacteriaceae bakteriyası
43 dondurma nümunəsində hər hansı uyğunsuzluq aşkar edilməyib. Digər nümunələrin laborator müayinələri davam etdirilir.
Bildirilib ki, sınaq nəticələri qənaətbəxş olmayan istehsalçı müəssisələrdə plandankənar yoxlamalar keçiriləcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
3
oxu.az

10Mənbələr