AZ

Makron Milli Assambleyanı buraxdı

Fransa prezidenti Emmanuel Makron, müxalifətin payızda başlamağa təhdid etdiyi etimadsızlıq səsverməsi səbəbindən hökuməti istefaya göndərmək məcburiyyətində qalmamaq üçün parlamentin aşağı palatası olan Milli Assambleyanı buraxmaq qərarına gəlib.

"Unikal" xəbər verir ki, bu barədə “La Depeche” məlumat yayıb. 

"Bu, son 7 ildə verdiyim ən çətin qərarlardan biridir", - deyə Makron jurnalistlərə açıqlamasında bildirib.

Makron, təkbaşına hərəkət etmədiyini bildirsə də, nə baş nazirlə, nə də parlamentin hər iki palatasının sədri ilə məsləhətləşib.

O, bu məsələni güvəndiyi insanlarla müzakirə etdiyini, lakin pərdə arxasında belə mühüm qərarların “fərdi şəkildə və onun şəxsi məsuliyyəti altında qəbul edildiyini” söyləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
2
unikal.az

10Mənbələr