AZ

KİV: Makron tərəfdarları ilə öz istefasını müzakirə edir

Fransa Prezidenti Emmanuel Makron parlamentdə sağçıların qələbəsi halında dövlət başçısı vəzifəsindən istefaya getmək ehtimalını ətrafındakılarla müzakirə edir.
Bu barədə "Europe 1" radiosu Makrona yaxın olan mənbəyə istinadən xəbər verib.
"Prezidentin istefası tabu deyil. Bəli, bu gün bütün ssenarilərə baxmaq lazımdır. O, öz beşillik müddətinin sonunu qurban verməyə hazırdır", - deyə mənbə bildirilib.
Eyni zamanda, radio vurğulayır ki, istefaya getmək prezident üçün arzuolunmaz variantdır.
Xatırladaq ki, iyunun 9-da Makron Avropa Parlamentinə seçkidə tərəfdarlarının məğlubiyyəti fonunda Milli Assambleyanın (Fransa parlamentinin Aşağı Palatası) buraxılması və növbədənkənar seçkinin keçirilməsi barədə qərar qəbul edib. Seçkinin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də keçiriləcək. Parlamentin Aşağı Palatası bundan əvvəl 1997-ci ildə prezident Jak Şirak tərəfindən buraxılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
10
oxu.az

10Mənbələr