AZ

Türkiyə-Gürcüstan MATÇI - Mümkün 11

  2024-cü il Futbol üzrə Avropa Çempionatı F qrupunun ilk oyununda Türkiyə Milli Futbol Komandası ilk sınağını Gürcüstana qarşı keçirəcək. F qrupunun ilk oyununda Gürcüstanı məğlub etmək istəyən Millilər meydana mütləq qələbə üçün çıxacaq. Kritik qarşılaşmadan əvvəl matçın canlı yayım məlumatları açıqlanıb. 

Referans.az xəbər verir ki, Milli Futbol Komandası 2024-cü il Avropa çempionatında (AVRO-2024) ilk oyununu bu axşam Gürcüstana qarşı keçirəcək.

BVB Dortmund stadionunda keçiriləcək qarşılaşma saat 20.00-da başlayacaq. D

Türkiyə və Gürcüstanın kritik matç öncəsi mümkün 11-likləri belədir:

Türkiyə: Mert, Kaan, Merih, Abdülkerim, Ferdi, Salih, Hakan, Arda, Kenan, Kerem, Barış Alper

Gürcüstan: Mamardaşvili, Kverkveliya, Kaşia, Dvali, Kakabadze, Kiteişvili, Koçoraşvili, Şengeliya, Çakvetadze; Kvaratsxeliya, Mikautadze

Aypara-ulduzlu komanda Gürcüstanı məğlub edərək turnirə qələbə ilə başlamağı hədəfləyib.

Qrupun digər oyununda Portuqaliya Çexiya ilə qarşılaşacaq. Leypsiqdə oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.

Qeyd edək ki, Türkiyə - Gürcüstan matçında argentinalı hakim Fakundo Tello fit çalacaq.

Tellonun köməkçiləri eyni ölkədən Qabriel Çad və Ezekiel Brailovski olacaq. Matçın dördüncü hakimi Litva Futbol Federasiyasından Donatas Rumsas olacaq. İspan Alejandro Hernandez matçda VAR funksiyasını yerinə yetirəcək.

Milli komandada müalicəsi davam edən İrfan Can Kahveci bu matçda meydana çıxa bilməyəcək.

İsmayıl Yüksekin durumu matç günü bəlli olacaq.

Milli komandanın AVRO-2024 heyətində aşağıdakı futbolçular yer alıb:

Qapıçı: Altay Bayındır (Mançester Yunayted), Mert Günok (Beşiktaş), Uğurcan Çakır (Trabzonspor)

Müdafiəçi: Mert Müldür, Ferdi Kadıoğlu (Fənərbaxça), Zeki Çelik (Roma), Abdülkerim Bardakcı (Qalatasaray), Ahmetcan Kaplan (Ajax), Merih Demiral (Əl-Əhli), Samet Akaydın (Panatinaikos)

Yarımmüdafiəçi: Hakan Çalhanoğlu (İnter), İsmail Yüksek (Fənərbaxça), Kaan Ayhan (Qalatasaray), Okay Yokuşlu (Vest Bromviç), Orkun Kökçü (Benfika), Salih Özcan (Borussiya Dortmund)

Hücumçular: İrfan Can Kahveci (Fənərbaxça), Yunus Akgün (Lester Siti), Kənan Yıldız (Yuventus), Kerem Aktürkoğlu, Barış Alper Yılmaz (Qalatasaray), Arda Güler (Real Madrid), Bertuğ Yıldırım (Renn), Cenk Tosun, Semih Kılıçsoy (Beşiktaş), Yusuf Yazıcı (Lill)  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
50
referans.az

10Mənbələr