AZ

Türkiyə millisinin Avro-2024 üçün yekun heyəti açıqlandı

Türkiyə millisinin Avro-2024 üçün yekun heyəti açıqlandı

İdman

 14:28 08.06.2024

  

 112

Türkiyə milli komandasının Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.

Demedia.az xəbər verir ki, baş məşqçi Viçentso Montellanın açıqladığı 26 nəfərlik siyahıya öncədən yığmanın düşərgəsinə dəvət alan Ömür, Can Uzun, Doğan Alemdar, Cenk Özkacar, Oğuz Aydın və Berat Özdəmir düşə bilməyib.

Qapıçılar : Altay Bayındır (Mançester Yunayted), Mert Günok (Beşiktaş), Uğurcan Çakır (Trabzonspor).

Müdafiəçilər: Mert Müldür (Fənərbağça), Zeki Çelik (Roma), Abdulkerim Bardakçı (Qalatasaray), Ahmetcan Kaplan (Ayaks), Merih Dəmiral (Əl-Əhli), Samet Akaidin (Panatinaykos), Ferdi Kadıoğlu (Fənərbağça).

Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu (İnter), İsmayıl Yüksək (Fənərbağça), Kaan Ayhan (Qalatasaray), Okay Yokuşlu (Vest Bromviç), Orkun Kökçü (Benfika), Salih Özcan (Borussiya Dortmund).

Hücumçular: İrfan Can Kahveci (Fənərbağça), Yunus Akgün (Lester), Kənan Yıldız (Yuventus), Kerem Muhammed Aktürkoğlu (Qalatasaray), Arda Güler (Real), Barış Alper Yılmaz (Qalatasaray), Bertuq Özgür Yıldırım (Renn), Cenk Tosun (Beşiktaş), Semih Kılıçsoy (Beşiktaş), Yusuf Yazıcı (Lill).

Xatırladaq ki, 2024-cü ildə Avropa çempionatı Almaniyada baş tutacaq. Turnir iyunun 14-dən iyulun 14-dək keçiriləcək. Türkiyə milli komandası F qrupunda Portuqaliya, Çexiya və Gürcüstan ilə mübarizə aparacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
50
demedia.az

10Mənbələr