AZ

Mbappenin burun sümüyü sındı, əməliyyat olundu

Fransa millisinin hücumçusu Killian Mbappe futbol üzrə Avropa çempionatının qrup mərhələsinin ilk turunda avstriyalılarla (1:0) qarşılaşmada burnunun sümüyünü sındırıb və cərrahi əməliyyat olunub.

Rekord.az xəbər verir ki, bu barədə Fransanın “L'Equipe” qəzeti məlumat yayıb.

Matçın son dəqiqələrində Mbappe rəqib komandanın oyunçusuyla toqquşub və burnundan zədə alıb. Futbolçu meydana qayıda bilməyib, əvəzlənib. Dərhal xəstəxanaya aparılan futbolçunun cərrahi əməliyyat edildiyi bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
8
rekord.az

10Mənbələr