AZ

Mbappenin burun sümüyü sınıb, əməliyyat olunacaq - FOTO

Fransa millisinin hücumçusu Killian Mbappe futbol üzrə Avropa çempionatının qrup mərhələsinin ilk turunda avstriyalılarla (1:0) qarşılaşmada burnunun sümüyünü sındırıb və cərrahi əməliyyat olunacaq.

Musavat.com report.az-a istinadən xəbər verir ki, bu barədə Fransanın "L'Equipe" qəzeti məlumat yayıb.

Matçın son dəqiqələrində Mbappe rəqib komandanın oyunçusuyla toqquşub və burnundan zədə alıb. Futbolçu meydana qayıda bilməyib, əvəzlənib.

Cərrahi əməliyyatın yaxın vaxtlarda aparılacağı bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
8
musavat.com

10Mənbələr