AZ

Xalq artistinin “gəlincik”ləri satışa ÇIXARILACAQ – VİDEO

Xalq artisti Aygün Kazımovanın gəlincikləri satışa çıxarılır.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bununla bağlı sənətçi qonaq olduğu "Zaurla Günaydın" verilişində məlumat verib.

Xüsusi rəssam - heykəltaraş tərəfindən hazırlanan uşaqlar üçün nəzərdə tutulan sözügedən oyuncağın nüsxələrindən biri ilk dəfə proqramda nümayiş olunub.

Kazımova bildirib ki, "Aygün" adlı gəlinciklər hələki məhdud sayda satışa çıxarılacaq:

"Satışda fərqli və kiçik forması olcaq. Yanında aksessuarları da yer alır".
Qeyd edək ki, A.Kazımova ötən il "gəlincik" obrazında fotosessiya etdirmişdi. Bu layihə böyük maraqla qarşılanmışdı.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
53
2
milli.az

3Mənbələr