AZ

Aygün Kazımovanın “gəlincik”ləri SATIŞA ÇIXARILACAQ – VİDEO

Xalq artisti Aygün Kazımovanın gəlincikləri satışa çıxarılır.

Bizim.Media xəbər verir ki, bununla bağlı sənətçi qonaq olduğu “Zaurla Günaydın” verilişində məlumat verib.

Xüsusi rəssam – heykəltaraş tərəfindən hazırlanan uşaqlar üçün nəzərdə tutulan sözügedən oyuncağın nüsxələrindən biri ilk dəfə proqramda nümayiş olunub.

Kazımova bildirib ki, “Aygün” adlı gəlinciklər hələki məhdud sayda satışa çıxarılacaq:

“Satışda fərqli və kiçik forması olcaq. Yanında aksessuarları da yer alır”.
Qeyd edək ki, A.Kazımova ötən il “gəlincik” obrazında fotosessiya etdirmişdi. Bu layihə böyük maraqla qarşılanmışdı.
 


Rəşad Əliyev, Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
2
bizim.media

3Mənbələr