AZ

Peruda güclü zəlzələ baş verib

Peruda 6 bal gücündə zəlzələ baş verdiyi açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

ABŞ Geoloji Xidməti (USGS) episentri Arekipa bölgəsindəki Karaveli şəhəri olan zəlzələnin yerin 19 kilometr dərinliyində baş verdiyini bildirib.

Səlahiyyətlilər tərəfindən verilən açıqlamada, zəlzələdən sonra Panamericana magistralının bəzi hissələrində sürüşmənin olduğu bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
2
operativmm.az

4Mənbələr