AZ

6 bal gücündə zəlzələ baş verib bir təhsil ocağına zərər dəysədə can itgisi yoxdur

Hurriyyet.az  xarici mətbuata istinadən xəbər verir ki,Cənubi Amerika ölkəsi Peruda 6 bal gücündə zəlzələ baş verib.

ABŞ Geoloji Xidməti (USGS) episentri Perunun Arekipa bölgəsindəki Karaveli şəhəri olan 6 bal gücündə zəlzələnin yerin 19 kilometr dərinliyində baş verdiyini bildirib.Peru Geofizika İnstitutunun Milli Seysmoloji Mərkəzinin (IGP) məlumatına görə, ölkədə 6 bal gücündə zəlzələ baş verib.

Səlahiyyətlilər tərəfindən verilən açıqlamada, zəlzələdən sonra Panamericana magistralının bəzi hissələrində sürüşmənin olduğu bildirilib.

Caraveli Bələdiyyə Başçısı Roberto Riveros RPP radiosuna verdiyi açıqlamada, Atico bölgəsini Caraveli ilə birləşdirən magistral yola qaya parçalarının düşdüyünü və tikinti texnikasının əraziyə doğru hərəkət etdiyini açıqladı.Milli Fövqəladə Əməliyyatlar Mərkəzi (COEN) X sosial media hesabından edilən açıqlamada zəlzələdən  bir təhsil müəssisəsinə ziyan dəydiyi, lakin can və mal itkisinin olmadığı qeyd edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
hurriyyet.az

4Mənbələr