AZ

“ArazPlast” MMC məcburi auditdən yayınmağa görə - MƏHKƏMƏYƏ VERİLİB

“Arazplast” MMC idarəçilik qaydaları əleyhinə olan (Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulması) inzibati xəta üzrə cərimə oluna bilər.

FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 602.4-cü  maddəsinə görə Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

İş Abşeron  Nərimanov Rayon Məhkəməsində hakim Şəfəq Məmmədovanın icraatındadır.

Məhkəmə baxış iclası 28 iyun 2024-cü il, saat 10:45-ə təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
37
fed.az

10Mənbələr