AZ

Eyni yerdə çayxana işlətmək istədilər, məhkəməlik oldular

Lənkəranda Hirkan Milli Parkında, meşənin içində eyni yerdə çayxana işlətmək istəyən şəxslər məhkəməlik olub. 

Qayanrinfo-nun məlumatına görə, 1984-cü il təvəllüdlü Pənah adlı şəxs Lənkəran rayonu, Biləsər kəndi ərazisində meşədə bir neçə stol-stul qoyaraq, çayxana fəaliyyəti ilə məşğul olub. 

Yay mövsümi ilə əlaqədar Pənahın qonşusu Ramin onun meşədə qoyduğu stol-stulu götürərək, oranı özü istifadə etmək istəyib. Nəticədə tərəflər arasında mübahisə yaranıb və Ramin Pənah barəsində polisə şikayət edib. Hər iki şəxsin həmin ərazidə qanunsuz fəaliyyətinin qarşısı alınıb. 

Məhkəmənin qərarı ilə Pənah İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 100 manat cərimə edilib.

Əhməd

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
37
qaynarinfo.az

10Mənbələr