AZ

Paris Olimpiadasına lisenziya qazanan boksçularla görüş olub – FOTO

Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayev və idarə heyətinin üzvləri “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanan boksçularla görüşüblər.

ABF-nin mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, boksçuların Paris Olimpiadasına beş çəki dərəcəsində lisenziya əldə etməsini yüksək qiymətləndirən federasiya rəhbəri əsas hədəfin Parisdə qızıl medal qazanmaq olduğunu bildirib.

O, boks üzrə milli komandanın Olimpiya Oyunlarında lisenziya sayına görə Avropada ilk sıralarda olduğunu, dünya üzrə isə Özbəkistan, Qazaxıstan və Avstraliyadan sonra 4-cü yerdə qərarlaşdığını, hətta zəngin boks ənənələrinə malik ABŞ kimi ölkəni qabaqladığını, Kuba ilə eyni göstəriciyə malik olduğunu xatırladıb.

Boks üzrə yığmanın baş məşqçisi Pedro Roke yaradılan şəraitə görə federasiya rəhbərliyinə minnətdarlığını bildirib, boksçuların məsul yarışda uğur qazanması üçün çalışacaqlarını vurğulayıb.

Qeyd edək ki, iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək XXXIII Yay Olimpiya oyunlarında Azərbaycanın 5 boksçusu – Nicat Hüseynov (51 kiloqram), Malik Həsənov (63,5 kiloqram), Murad Allahverdiyev (80 kiloqram), Alfonso Dominqo (92 kiloqram), Məhəmməd Abdullayev (+92 kiloqram) mübarizə aparacaq.

DOĞRU.AZ

image-1718447009823459434_1200x630 image-17184470092893540294_1200x630 image-17184470091686545747_1200x630

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
16
dogru.az

10Mənbələr