AZ

Paris Olimpiadasına lisenziya qazanan boksçularla görüş

Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayev və idarə heyətinin üzvləri "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanan boksçularla görüşüblər.

ABF-nin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, boksçuların Paris Olimpiadasına beş çəki dərəcəsində lisenziya əldə etməsini yüksək qiymətləndirən federasiya rəhbəri əsas hədəfin Parisdə qızıl medal qazanmaq olduğunu bildirib.

O, boks üzrə milli komandanın Olimpiya Oyunlarında lisenziya sayına görə Avropada ilk sıralarda olduğunu, dünya üzrə isə Özbəkistan, Qazaxıstan və Avstraliyadan sonra 4-cü yerdə qərarlaşdığını, hətta zəngin boks ənənələrinə malik ABŞ kimi ölkəni qabaqladığını, Kuba ilə eyni göstəriciyə malik olduğunu xatırladıb.

Boks üzrə yığmanın baş məşqçisi Pedro Roke yaradılan şəraitə görə federasiya rəhbərliyinə minnətdarlığını bildirib, boksçuların məsul yarışda uğur qazanması üçün çalışacaqlarını vurğulayıb.

Qeyd edək ki, iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək XXXIII Yay Olimpiya oyunlarında Azərbaycanın 5 boksçusu – Nicat Hüseynov (51 kiloqram), Malik Həsənov (63,5 kiloqram), Murad Allahverdiyev (80 kiloqram), Alfonso Dominqo (92 kiloqram), Məhəmməd Abdullayev (+92 kiloqram) mübarizə aparacaq.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
16
sportnet.az

10Mənbələr