AZ

Suada atası ilə FOTOLAR paylaşıb bu sözləri YAZDI

Dünya şöhrətli Hollivud aktyoru Jan Klod Van Dammın gəlini, pianoçu Suada Hacızadə “atalar günü” ilə bağlı atasını təbrik edib. 

Bizim.Media xəbər verir ki, okeanın o tayında olan Suada atası Elxan Hacızadə ilə arxiv və bir neçə il əvvəl çəkilən fotolarını sosial şəbəkə hesabında bölüşərək onu çox sevdiyini yazıb. 

“Atalar gününüz mübarək, mənim sevimli, atam. Mən sizi çox sevirəm. Həmişə gülümsəməyə davam et və həmişə olduğun kimi pozitiv qal. Sən çox gözəl atasan”, - deyə S.Hacızadə vurğulayıb. 

Suadanın paylaşdığı şəkillər arasında onun həyat yoldaşı Kristoferin qayınatası E.Hacıyevlə görüntüsü də yer alıb.  

Qeyd edək ki, Jan Klod Van Damm Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub. Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.    
 

 
Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
2
bizim.media

10Mənbələr