AZ

Van Dammın azərbaycanlı gəlini baldızı ilə alış-verişdə – FOTOLAR

Hollivud ulduzu Jan Klod Van Dammın gəlini, azərbaycanlı pianoçu Suada Hacızadə baldızları ilə bir araya gəlib.

Medianews.az Bizim.Media-ya istinadən xəbər verir ki, Suada baldızı Bianka Van Dammla Beverli-Hillzdə alış-verişə gedib.

Musiqiçi xanım baldızı ilə çəkdiyi fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

“Beverli-Hillzdə baldızlarla. Son foto buradakı mühitə reaksiyamı göstərir”, – deyə S.Hacızadə yazıb.

Qeyd edək ki, Jan Klod Van Damm Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub. Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
4
medianews.az

10Mənbələr