AZ

Hadisəİngiltərə millisinin baş məşqçisi: Bir az əziyyət çəkməli olduq

İngiltərə milli futbol komandasının baş məşqçisi Qaret Sautqeyt yetirmələrinin “bir az əziyyət çəkməli olduğunu” bildirib.

“Report” xəbər verir ki, bunu 53 yaşlı mütəxəssis AVRO-2024-ün qrup mərhələsinin I turunda Serbiyaya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

“Onların güclü komandası var. Bir az əziyyət çəkməli olduq, məncə, bu bizim üçün çox yaxşıdır”, – o söyləyib.

Eyni zamanda, milli komandanın rəhbəri “xüsusilə ilk hissədən razı qaldığını” vurğulayıb.

“Xüsusilə ilk hissədə oyundan çox razı qaldım. Biz topdan çox yaxşı istifadə etdik. İkinci hissədə oyunu lazımi səviyyədə saxlamadıq, amma nəticə əldə etmək üçün qələbə və yaxşı başlanğıc həqiqətən vacib idi”.

Seçilən
157
10
far.az

8Mənbələr