AZ

FutbolDanimarka millisinin baş məşqçisi: Kifayət qədər intensivliyimiz yox idi

Kifayət qədər intensivliyimiz yox idi və çox passivləşdik.

"Far.Az" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Danimarka millisinin baş məşqçisi Kasper Hyulmand Avropa çempionatının qrup mərhələsinin I turunda qarşılaşdıqları Sloveniya ilə oyundan sonra deyib.

Mütəxəssis yaxşı şanslara rəğmən qol vura bilmədiklərini vurğulayıb: "Düşünürəm ki, ilk hissəni yaxşı keçirdik, lakin 70-ci dəqiqədən sonra bir qədər enerji itirdik. Yaxşı şanslarımız, əla əks-hücumlarımız oldu, lakin bunlardan istifadə edə bilmədik. Hər zaman enerji olmalıdır, amma bəzən futbol oyunlarında belə hallar yaşanır".

Qeyd edək ki, Sloveniya - Danimarka matçı 1:1 hesabı ilə başa çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
1
far.az

8Mənbələr