Almaniyada futbol üzrə 2024-cü il Avropa çempionatı davam edir.
QOL.az xəbər verir ki, turnirin 3-cü gün 3 matç keçirilib.
D qrupunda Polşa Niderlandla qarşılaşıb. Oyunda hesabı Polşa açsa da, Niderland millisi 2 qol vuraraq əzmkar qələbə qazanıb - 2:1.
C qrupunda Sloveniya Danimarka ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatıb. Qrupun digər oyununda isə Serbiya İngiltərə ilə üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub.
Avro-2024, qrup mərhələsi, 1-ci tur
D qrupu
17:00. Polşa - Niderland - 1:2
Qollar: Buksa, 16 (1:0), Qakpo, 29 (1:1), Veqhorst, 83 (1:2)
Baş hakim: Artur Dias (Portuqaliya)
"Colksparkstadion"
N | Komandalar | O | Q | H | M | T-F | X |
1 | Niderland | 1 | 1 | 0 | 0 | +1 | 3 |
2 | Avstriya | 0 | 0 | 0 | 0 | 0 | 0 |
3 | Fransa | 0 | 0 | 0 | 0 | 0 | 0 |
4 | Polşa | 1 | 0 | 0 | 1 | -1 | 0 |
C qrupu
20:00. Sloveniya - Danimarka - 1:1
Qollar: Eriksen, 17 (0:1), Yanza, 77 (1:1)
Baş hakim: Sandro Şerer (İsveçrə)
"MHP Arena"
23:00. Serbiya - İngiltərə - 0:1
Qol: Bellinqem, 13
Baş hakim: Daniele Orsato (İtaliya)
"Veltins Arena"
N | Komandalar | O | Q | H | M | T-F | X |
1 | İngiltərə | 1 | 1 | 0 | 0 | +1 | 3 |
2 | Danimarka | 1 | 0 | 1 | 0 | 0 | 1 |
3 | Sloveniya | 1 | 0 | 1 | 0 | 0 | 1 |
4 | Serbiya | 1 | 0 | 0 | 1 | -1 | 0 |