Almaniyada futbol üzrə 2024-cü il Avropa çempionatı davam edir.
QOL.az xəbər verir ki, turnirin 3-cü günü üçün nəzərdə tutulan 3 matçdan ikisi başa çatıb.
D qrupunda Polşa Niderlandla qarşılaşıb. Oyunda hesabı Polşa açsa da, Niderland millisi 2 qol vuraraq əzmkar qələbə qazanıb - 2:1.
C qrupunda Sloveniya Danimarka ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatıb. Qrupun digər oyununda isə Serbiya İngiltərə ilə üz-üzə gələcək. Qarşılaşma saat 23:00-da başlayacaq.
Avro-2024, qrup mərhələsi, 1-ci tur
D qrupu
17:00. Polşa - Niderland - 1:2
Qollar: Buksa, 16 (1:0), Qakpo, 29 (1:1), Veqhorst, 83 (1:2)
Baş hakim: Artur Dias (Portuqaliya)
"Colksparkstadion"
N Komandalar O Q H M T-F X
1 Niderland 1 1 0 0 +1 3
2 Avstriya 0 0 0 0 0 0
3 Fransa 0 0 0 0 0 0
4 Polşa 1 0 0 1 -1 0
C qrupu
20:00. Sloveniya - Danimarka - 1:1
Qollar: Eriksen, 17 (0:1), Yanza, 77 (1:1)
Baş hakim: Sandro Şerer (İsveçrə)
"MHP Arena"
23:00. Serbiya - İngiltərə
Baş hakim: Daniele Orsato (İtaliya)
"Veltins Arena"
N Komandalar O Q H M T-F X
1 Sloveniya 1 0 1 0 0 1
2 Danimarka 1 0 1 0 0 1
3 İngiltərə 0 0 0 0 0 0
4 Serbiya 0 0 0 0 0 0
Bizi Facebookda izləyin
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta