AZ

Metronun “28 May” stansiyasının qarşısı tanınmaz dərəcədə dəyişəcək – FOTO

Metronun “28 May” stansiyasının qarşısındakı avtomobillərin girişi üçün bağlanan Cəfər Cabbarlı meydanında yenidənqurma işlərinə başlanılır.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq.

İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkə başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq quruculuq işləri çərçivəsində metronun “28 May” stansiyasının və Dəmiryol vağzalının qarşısındakı meydanda əsaslı təmir-yenidənqurma işlərinə başlanılıb.

image-rqoavduqa7pknhggbexuqhpvg1fabpnt2nhrjsis_640“Xarici mütəxəssislərin iştirakı ilə xüsusi olaraq hazırlanmış və müasir tələblərə tam cavab verən layihə sənədlərinə əsasən burada piyadaların hərəkəti üçün təhlükəsiz zona yaradılacaq və yalnız ictimai nəqliyyatın girişinə icazə veriləcək. Meydanla yanaşı ətraf ərazi də abadlaşdırılacaq”.image-tqtjqvsphi02kep56gh1uapd6utfdziaetzciv7l_640 image-6klrccw5bboyuietiphgrng7fiugibbdjbgetwg7_640

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
19
dogru.az

10Mənbələr