AZ

“28 May” stansiyasının qarşısı belə olacaq - FOTOLAR

“28 May” stansiyasının və Dəmiryol vağzalının qarşısında təmir-yenidənqurma işləri başlayıb

Paytaxt Bakıda ümumi sahəsi 3,5 hektar olan ərazidə metronun “28 May” stansiyasının və Bakı Dəmiryol Vağzalının qarşısındakı meydanda əsaslı təmir-yenidənqurma işlərinə başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, xarici mütəxəssislərin iştirakı ilə xüsusi olaraq hazırlanmış və müasir tələblərə tam cavab verən layihə sənədlərinə əsasən burada piyadaların hərəkəti üçün təhlükəsiz zona yaradılacaq və yalnız ictimai nəqliyyatın girişinə icazə veriləcək. Meydanla yanaşı ətraf ərazi də abadlaşdırılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
46
bakivaxti.az

10Mənbələr