AZ

AVRO-2024: Niderland Polşaya qalib gəldi

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha bir görüş keçirilib.
 
D qrupunun ilk matçı Polşa və Niderland milliləri arasında baş tutub.
 
Hamburq şəhərində gerçəkləşan qarşılaşmada "narıncılar" 2:1 hesabı ilə qələbə qazanıb.
 
Görüşdə hesabı Polşa yığması açıb. 16-cı dəqiqədə Adam Buksa fərqlənib. İlk yarım saatın tamamına bir dəqiqə qalmış Kodi Qakpo “status-kvo”nu bərpa edib. Oyunun yekun nəticəsini isə final fitinə 7 dəqiqə qalmış adını tabloya yazdıran Vaut Veqhorst müəyyənləşdirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
5
moderator.az

10Mənbələr