AZ

AVRO-2024: Niderland Polşaya qalib gəldi

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha bir görüş keçirilib.

hakimiyyet.az xəbər verir ki, D qrupunun ilk matçı Polşa və Niderland milliləri arasında baş tutub.

Hamburq şəhərində gerçəkləşən qarşılaşmada "narıncılar" 2:1 hesabı ilə qələbə qazanıblar.

Görüşdə hesabı Polşa yığması açıb. 16-cı dəqiqədə Adam Buksa fərqlənib. İlk yarım saatın tamamına bir dəqiqə qalmış Kodi Qakpo "status-kvo"nu bərpa edib. Oyunun yekun nəticəsini isə final fitinə yeddi dəqiqə qalmış adını tabloya yazdıran Vaut Veqhorst müəyyənləşdirib.

17:43

Almaniyada keçirilən futbol üzrə Avropa Çempionatında D qrupunda çıxış edən Polşa və Niderland milliləri qarşılaşırlar.

hakimiyyet.az xəbər verir ki, matç Hamburqdakı "Volksparkstadion" stadionunda oynanılır.

Bu qrupda həmçinin Avstriya və Fransa da yer alır.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-dək davam edəcək. Hazırkı Avropa çempionu İtaliya komandasıdır.

AVRO-2024: Niderland Polşaya qalib gəldi

AVRO-2024: Niderland Polşaya qalib gəldi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
5
hakimiyyet.az

10Mənbələr