AZ

2020 müharibəsindən 25 gün əvvəl Paşinyan görün nə paylaşıb – ŞOK FOTO

Erməni jurnalist Oskan Sərkisyanın ölkəsinin baş naziri Nikol Paşinyanın İkinci Qarabağ müharibəsindən cəmi 25 gün əvvəl paylaşdığı fotonu gündəmə gətirib.

Turkustan.az xəbər verir ki, O.Sərkisyan Paşinyanın Xankəndidəki qondarma “Biz və Bizim dağlar” abidəsinin önündə çəkilmiş fotosunu paylaşaraq bunları yazıb:

“2020-ci il müharibəsinə 25 gün qalmış Paşinyan minlərlə bəyənmə toplayan belə bir şəkil paylaşdı. Paylaşımda “artsax” 1991-ci ilin bu günü müstəqilliyini elan etdi. Təbriklər!” yazıb”.

“Paşinyan bu yolla müharibəni yaxınlaşdırdı. O, artıq “artsax” sözünü işlətmir. İndi deyir ki, 2018-ci ildə “Dağlıq Qarabağ Azərbaycanın tərkibində olmalıdır” deməməsi onun səhvi olub”, – Oskan Sərkisyan yazıb.

Qeyd edək ki, Paşinyan hakimiyyətinin ilk ilində sülh mesajları verdə də, sonradan radikal mövqe ortaya qoymuşdu. Onun “Qarabağ Ermənistandır” bəyanatı faktiki olaraq danışıqların dayanmasına və problemin güc yolu ilə həllinə gətirib çıxartmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
26
turkustan.az

10Mənbələr