AZ

Rus politoloq: Paşinyan ABŞ və Aİ-yə yarınmağa çalışır

“Ermənistan lideri Nikol Paşinyan Belarusa və şəxsən Prezident Aleksandr Lukaşenkoya qarşı demarşı ilə sadəcə olaraq, ABŞ-a və Aİ-yə yarınmağa çalışır”. Bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov sosial şəbəkədəki hesabında yazıb.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan mayın 13-də Aleksandr Lukaşenkonun prezident olduğu müddətdə Ermənistan rəsmilərinin Belarusa səfər etməyəcəyini bildirmişdi. O bu qərarı Minskin 2020-ci ildə 44 günlük müharibə zamanı Qarabağla bağlı tutduğu və A.Lukaşenkonun bu yaxınlarda Bakıda Azərbaycan Prezidenti İlham 
Əliyevlə görüşü zamanı bir daha təsdiqlədiyi mövqeyi ilə izah edib. Paşinyanın bu bəyanatından sonra Belarus və Ermənistan müvafiq olaraq İrəvan və Minskdəki səfirlərini geri çağırıblar.

Bütün bunları nəzərdə tutan rus politoloq yazıb: “Bundan əvvəl Lukaşenko Belarusun Azərbaycana Qarabağı bərpa etməyə kömək edəcəyini bildirmişdi. Sakit bəyanatdır. Dünyanın bütün ölkələri Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edirlər. Paşinyan özü də bunu etiraf edir”.

XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
26
xalqqazeti.az

10Mənbələr