AZ

Türkiyə nəhəngləri “Neftçi“li istedada ELÇİ DÜŞDÜLƏR

"Neftçi"nin 14 yaşadək komandasının qapıçısı Said Bayramov karyerasını Türkiyədə davam etdirə bilər.

Yenisabah.az xəbər verir ki, qardaş ölkənin 3 klubu qolkiperin xidmətində maraqlıdır.

Söhbət İstanbul nəhəngləri olan "Fənərbaxça", "Qalatasaray" və Adana təmsilçisi "Adana Dəmirspor"dan gedir. SEO Xidməti

2011-ci il təvəllüdlü qapıçı futbolun sirlərini öyrənməyə ilk olaraq "Neftçi"də İslam Kərimovun yanında başlayıb.

Bir müddət "Qarabağ" akademiyasında sevimli peşəsinə davam edən Said artıq 2 ildi "Neftçi"nin formasını geyinir.

Yaşıdları arasında adından söz etdirən çərçivə qoruyucusunun hansı klubun akademiyasında futbol həyatına davam edəcəyinə yaxın günlərdə aydınlıq gələcək.

Maraq üçün bildirək ki, istedadlı futbolçu tanınmış qapıçı, "Neftçi", "Xəzər Lənkəran", "Turan Tovuz" kimi klubların şərəfini qorumuş Kamal Bayramovun övladıdır./SPORTİNFO.AZ


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
10
yenisabah.az

10Mənbələr