"Neftçi"nin 14 yaşadək komandasının qapıçısı Said Bayramov karyerasını Türkiyədə davam etdirə bilər.
Belə ki, qardaş ölkənin 3 klubu qolkiperin xidmətində maraqlıdır.
Söhbət İstanbul nəhəngləri olan "Fənərbaxça", "Qalatasaray" və Adana təmsilçisi "Adana Dəmirspor"dan gedir.
2011-ci il təvəllüdlü qapıçı futbolun sirlərini öyrənməyə ilk olaraq "Neftçi"də İslam Kərimovun yanında başlayıb.
Bir müddət "Qarabağ" akademiyasında sevimli peşəsinə davam edən Said artıq 2 ildi "Neftçi"nin formasını geyinir.