AZ

Yayın futbol həyəcanı - Gözlər Türkiyə millisində; Favoritlər, şanslar...

Sportinfo.az xəbər verir ki, Almaniyada növbəti Avropa çempionatının final mərhələsi start götürüb.

Bir ay çəkəcək (14 iyun-14 iyul) yarışma 6 qrup üzrə 24 ölkə millisi arasında keçiriləcək.

Turnirdə mübarizə aparacaq qruplar və komandalar aşağıdakılardır:

A qrupu: Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə.

B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya.

C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə.

D qrupu: Hollandiya, Fransa, Polşa, Avstriya.

E qrupu: Ukrayna, Slovakiya, Belçika, Rumıniya.

F qrupu: Portuqaliya, Çexiya, Gürcüstan, Türkiyə.

Qrupları ilk iki yerdə başa vuran komandalar və üçüncü yeri tutan ən yaxşı 4 komanda son 1\16 mərhələsinə yüksələcək. Qrup yarışları çərşənbə günü, iyunun 26-da başa çatacaq.

İyunun 29-da start götürəcək 1/8 final mərhələsindən etibarən turnir birdəfəlik ələmə üsuluna keçəcək. Turnirdə 1/4 finalın oyunları iyulun 5-i və 6-da, yarımfinalın oyunları isə iyulun 9-u və 10-da keçiriləcək.

Avro-2024-ün çempionu iyulun 14-ü, bazar günü Berlin olimpiya stadionunda keçiriləcək final oyununda müəyyənləşəcək.

Azərbaycanlı azarkeşlərin, heç şübhəsiz ki, əsas diqqətləri qardaş Türkiyədədir. Bir sözlə, qəlbimiz bizə ən yaxın olan dövlətlə döyünəcək.

Türkiyə yığması çempionatın ilk oyununda iyunun 18-də Dortmundda Gürcüstanla qarşılaşacaq.

Yığma qrupda ikinci oyununu iyunun 22-də Dortmundda Portuqaliyaya, üçüncü oyununu isə iyunun 26-da Hamburqda Çexiyaya qarşı keçirəcək.

Budəfəki çempionatın favoriti hansı ölkədir? Türkiyəmizin şansları varmı?

Hər zaman futbolu yaxından izləyən, deputat Aqil Abbasın azarkeşlik etdiyi ölkə Almaniya olacaq:

“Hazırda Türkiyə millisi ilə Azərbaycan milli komandası eyni səviyyədədir. Türkiyənin yer aldığı qrupundan belə çıxma şanslarını görmürəm. Almaniyanı favorit sayıram. Gürcüstanın necə oynayacağı məni çox maraqlandırır. Çünki, orada 600 min azərbaycanlı yaşayır. Onlar da komandalarını dəstəkləyəcək. Mən də Gürcüstanı tutacam. Amma iyunun 18-də keçiriləcək Türkiyə-Gürcüstan oyununda təbii ki, qardaş ölkəyə ürəkdən azarkeşlik edəcəm. İndiyə qədər hər zaman Türkiyənin tərəfini saxlamışam. Türkiyə olmayanda əvvəllər İspaniya millisinə baxmışam. Favoritlər sırasında Fransanın adı da çəkilir. Amma bu ölkənin çempion olacağına qətiyyən inanmıram. Futbol mütəxəssisi olmadığım üçün yanıla da bilərəm. Sadəcə İlkay Gündoğan Almaniya millisində oynayır. Ona görə də, daha çox alman millisinin qalib gəlməsini istərdim. Açığı yarışın Almaniyada keçirilməsinin bu ölkə üçün əsas şans olduğuna inanmıram. Belə futbollarda meydan amili əsas rol oynamır. Hakim amili var, bəzən meydan sahiblərinin tərəfini tuturlar. Amma bu da nadir hallarda olur. Məsələn, bir fikir deyim. Türkiyənin oyunlarında azarkeş dəstəyi Almaniyanın oyunlarına olan dəstəkdən heç də az olmayacaq. Çünki, bu ölkədə milyonlarla türk yaşayır. Şabanın sözü olmasın, bir müddətdən sonra Almaniyada ana dili türk dili olacaq” (musavat.com)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
50
sportinfo.az

10Mənbələr